AZ

"Araz-Naxçıvan" daha bir futbolçu ilə müqaviləni uzatdı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Bu ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq. U-21 millisinin də üzvü olan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə də müqavilə bağlanıb. Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərov isə heyətə cəlb edilib.

Seçilən
183
16
cbcsport.az

10Mənbələr