AZ

Bonndakı müzakirələrin nəticələri COP29-da qəbul ediləcək qərarlara böyük təsir göstərəcək

Almaniyanın Bonn şəhərində keçirilən iqlim konfransındakı müzakirələrin nəticələri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qəbul edilən qərarlara böyük təsir göstərəcək.

“Report” xəbər verir ki, bu barədə "Euronews" telekanalının materialında deyilir.

Bonnda müzakirə edilən məsələlərə iqlimin maliyyələşdirilməsi, ölkələrin milli iqlim fəaliyyət planları, qalıq yanacaqlardan ədalətli keçidin təmin edilməsi və milli uyğunlaşma planları daxildir.

Məqalədə qeyd edilib ki, bu ilin sonunda keçiriləcək COP29-da inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlər üçün iqlimin maliyyəsi ilə bağlı yeni məqsədlərinin müəyyənləşdirilməsi mühüm vəzifə olacaq: “Tədbirdə ölkələr BMT-nin Azərbaycanda keçiriləcək iqlim konfransında danışıqlar üçün əsas olacaq razılaşmalar əldə etməli olacaqlar. Bu, 2025-ci ildən sonra iqlim maliyyəsinin necə görünə biləcəyini, eləcə də təsirin azaldılması, uyğunlaşması üçün müvəqqəti hədəfləri müəyyənləşdirməyə kömək edəcək. Həm də maliyyələşdirmənin hansı formada olacağını (qrant və ya kredit) müəyyən etməyə kömək edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
1
report.az

10Mənbələr