AZ

Tramp ötən ay seçki kampaniyası üçün rekord həddə - 300 milyon dollar toplayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, tərəfdarları mayda onun seçki kampaniyasına rekord məbləğdə 300 milyon dollar ianə veriblər. Bizimyol.info xəbər verir ki, o, bu barədə bazar ertəsi "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. “Trampın prezidentlik kampaniyası üçün rekord məbləğ toplanıb. Tramp kampaniyası və digər Tramp tərəfdarı təşkilatlar təkcə may ayında təxminən 300 milyon dollar toplayıb. Bu rekorddur!"- deyə o qeyd edib. Respublikaçı əlavə edib ki, 2 milyon insandan alınan kiçik ianələrdən 141 milyon dollar toplanıb, onların 25%-i pullarını ilk dəfə 2024-cü ildə onun kampaniyasına verib. Daha əvvəl bildirilmişdi ki, münsiflər heyəti onu mayın 30-da keçmiş aktrisa Stormi Danielsə pul ödəməkdə "Trump Organisation"ın maliyyə sənədlərini saxtalaşdırmaqla bağlı cinayət işi üzrə təqsirli bildikdən sonra bir gündə 50 milyon dollardan çox ianə toplayıb. Respublikaçı bütün 34 maddə üzrə təqsirli bilinib. Hökm iyulun 11-nə təyin edilib. Bildirilir ki, Trampın Kapitoliyə hücum, məxfi sənədlərin düzgün saxlanmaması və 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə də daxil olmaqla bir sıra başqa işlərdə də əli var. Amerika Konstitusiyası prezidentliyə namizədlərə cinayət məsuliyyətinə görə məhdudiyyətlər qoymur. Bu baxımdan Tramp mühakimə edilməsinə baxmayaraq həm prezidentliyə namizəd ola, həm də o vəzifəni tuta bilər. Qadir, Bizimyol.info

Seçilən
78
41
bizimyol.info

10Mənbələr