AZ

Paris-2024: 36 idmançı, 14 növ – 50 GÜN

Paris-2024 Yay Olimpiya Oyunlarına 50 gün qalıb.

İdman.biz xəbər verir ki, müasir Olimpiadaların banisi Pyer de Kubertenin vətəni Fransanın paytaxtı sayca XXXIII Oyunlara ev sahibliyi edəcək.

Dördilliyin ən mötəbər yarışının açılış mərasimi iyulun 26-da Parisdəki Sena çayında təşkil olunacaq. Amma bəzi növlərdə yarışlar təntənəli açılışdan öncə başlayacaq.

Olimpiada avqustun 11-dək davam edəcək. 10 mindən artıq idmançı 17 gün ərzində 32 növdə mübarizə aparacaqlar. Onlar 329 dəst mükafatın sahiblərini müəyyənləşdirəcəklər.

Azərbaycan tarixində 8-ci dəfə Yay Olimpiya Oyunlarında təmsil olunacaq. Atlanta-1996-dan başlayaraq bu yarışlara qatılan millimizin 36 üzvü artıq Paris-2024-də iştirak hüququ qazanıb. Təmsilçilərimiz buna 14 idman növündə nail olublar.

Lakin bu hələ ilkin rəqəmdir. Fransaya yollanacaq idmançılarımızı sayı artacaq. Cüdoda 9 lisenziyanın sahibi rəsmiləşəcək. Bundan başqa, digər növlərdə də Parisə bilet əldə olunacağı istisna deyil.

Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Batut gimnastikası
Selcan Maqsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)

Qeyd edək ki, Olimpiya Oyunlarından 1 ay 2 gün sonra Paralimpiadaya start veriləcək. Bu yarış avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

İdman.biz

Seçilən
124
4
idman.biz

10Mənbələr