AZ

Madriddə Ukraynadan qanunsuz çıxarılan 11 qızıl əşya müsadirə olunub

Madriddə

Bakı, 23 oktyabr, AZƏRTAC

İspaniya polisi Madriddə Ukraynanın tarixi irsinə aid 11 qızıl əşyanı müsadirə edib. Müsadirə olunan zinət əşyalarının ümumi dəyəri 60 milyon avro həcmində qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilən əməliyyat zamanı cinayətkar şəbəkə zərərsizləşdirilib, üç ispaniyalı və ikisi ukraynalı olmaqla beş nəfər saxlanılıb.

Müsadirə olunan zinət əşyalarının böyük tarixi və iqtisadi dəyərə malik olduğu qeyd edilir. Onların Ukraynadakı pravoslav kilsəsinə aid olmasına dair müxtəlif dillərdə sənədlər mövcuddur.

Seçilən
258
2
azertag.az

3Mənbələr