AZ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar iyunun 8-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 9-da saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Seçilən
102
49
oxu.az

10Mənbələr