Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Sərəncama əsasən, Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Asif Ağayev 2013-2018 -ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 2018-ci ildən bu günədək isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı idi.