Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniya millisi ilə üz-üzə gəlib.
NUHÇIXAN-ın məlumatına görə, Macarıstanın Sombatxey şəhərində baş tutan matçda yığmamız 1:3 hesabı ilə məğlub olub.
“Haladas SportKomplexum”dakı qarşılaşmada hesabı 12-ci dəqiqədə Nedim Bayrami açıb. 81-ci dəqiqədə Rey Manay fərqi artırıb. 7 dəqiqə sonra Qyazim Lyaçi yığmamızı üçücü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Millimizin yeganə qoluna isə 89-cu dəqiqədə Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta