AZ

Nicat 6 İldən Sonra Ata Oldu: Sevincini...

Aktyor Nicat Rəhimov 6 ildən sonra ata olub. 


Demokrat.az xəbər verir ki, bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

O bildirib ki, Nicatın qızı dünyaya gəlib: “Nə gözəl xəbər, çox şükür. “Qız ataları klubuna” xoş gəldin, əziz qardaş”, - deyə İlkin paylaşımında yazıb. 

Aktyorun xanımı Ülviyyə Rəhimova isə bloqer Nigar Seyidin onlara yazdığı “Ana və ata oldular. Çox sevincliyəm” paylaşımını yayımlayıb. 

Qeyd edək ki, N.Rəhimov 2017-ci ilin dekabrında ailə həyatı qurub. Aktyor bir müddət əvvəl müsahibəsində “5 ilə yaxındır ailə qurmuşam, övladım yoxdur. Düzdür, əvvəl niyə olmur, filan, çox suallar olurdu. Hansısa yaxın adamlar soruşurdu niyə olmur. Onu buraxmışam Allaha. Allah indi onu məsləhət görmürsə, qismət etmirsə, demək o bilir nə edir”, - sözlərini demişdi. 
Seçilən
88
3
kanal.az

7Mənbələr