AZ

Davit Volkov yenidən "Zirə"də

"Zirə" klubu yeni transferini açıqlayıb.

Sportnet.az xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Davit Volkovla anlaşıb.

Forvardla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da komandanın şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.


Seçilən
83
9
sportnet.az

10Mənbələr