AZ

Bakı məktəblərində "Son zəng" çalındı...

İyunun 14-də paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, paytaxt məktəblərində keçirilmiş “Son zəng” tədbirlərində elm və təhsil naziri Emin Əmrullayev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, elm və təhsil nazirinin müşaviri Nigar Bağırlı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müvafiq qurumların struktur bölmə rəhbərləri, məzunlar, valideyn icmalarının nümayəndələri, ziyalılar və müəllimlər iştirak ediblər.

 

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

 

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olunublar.

 

“Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunub.

 

Qeyd edək ki, 2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 43 min 664, XI siniflərini isə 28 min 993 şagird başa vurub.

Seçilən
157
46
modern.az

10Mənbələr