AZ

Niyə orta barmaq işarəsi söyüş kimi qəbul olunur? - Maraqlı tarixi fakt 

Orta barmağı dik qaldıraraq qarşı tərəfə göstərmək Avropada söyüş, təhqir kimi göstərilir. Əslində isə bu işarə qəhrəmanlıqdan xəbər verir. Orta barmaqla bağlı bu maraqlı faktın düz 350 illik tarixçəsi var.

Referans.az lent.az-a istinadən bu barədə məlumat verir.

Orta barmağın göstərilməsi İngilis və Fransızlar arasında 7 illik müharibədən (1756-1763) sonra ortaya çıxıb.

İngilislər ölçüsü 2 metrə çatan uzun oxlarını düz ata bilmək üçün əsasən sağ əlin orta barmağından istifadə edirdilər. Fransızlar ələ keçirdikləri əsgərlərin orta barmaqlarını kəsməyə başladılar. İngilislər isə döyüş zamanı fransızları qıcıqlandırmaq üçün uzaqdan orta barmaqlarını göstərib "mən hələ də döyüşə bilərəm" deyirdilər. Bu da çılğın fransızları özündən çıxarırdı. Beləcə, bu jestin söyüşə çevrilmə hekayəsi bu şəkildə başlamış oldu.  

Seçilən
144
4
referans.az

10Mənbələr