AZ

COP29-un məşhur qonaqları kimlərdir?

Bu ilin noyabrından Azərbaycan paytaxtı Bakıda keçiriləcək COP-29 tədbirinə bir sıra dövlət və hökumət rəhbərlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin qatılacağı gözlənilir.

İndiyədək Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və İsrail Prezidenti İsaaq Hersoqun COP29-a qatılmaq üçün Bakıya gələcəyi dəqiqləşib.

Tədbirə dəvətlilər arasında Ukrayna Prezidenti Volodimir Zelenski də var. Ancaq Rusiya Prezidenti Vladimir Putinə dəvətnamə göndərilməsi barədə rəsmi xəbər yoxdur. Hər iki ölkə başçısı Azərbaycana gələcəklərsə, bu, Rusiyanın Ukraynaya hücumundan bəri onların görüşməsi üçün ilk imkan olacaq.

Tədbirə həmçinin, Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi, NATO-nun Baş katibi, Avropa komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Charles Michel də dəvət alıb.

Ötən il Dubayda keçirilmiş COP tədbirinə Böyük Britaniya kralı III Charles, BMT-nin Baş katibi Antonio Quterreş, Hindistan Baş naziri Narendra Modi, Fransa Prezidenti Emmanuel Macron, eləcə də Almaniya kansleri Olaf Sholz qatılmışdı.

Tanınmışlardan Leonardo Di Caprio və Bill Geyts də tədbirdə iştirak etmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
1
bbc.com

2Mənbələr