AZ

Jurnalist Sərxan Kamallı dəfn olunub - FOTO

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib.

Xatırladaq ki, 41 yaşlı jurnalist Sərxan Kamallı ötən gün səhər saatalrında insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

Sərxan Kamallı bir sıra media qurumlarında çalışıb. Bir müddət APA ilə də əməkdaşlıq edib. Son iş yeri Baku TV olub.

Allah rəhmət eləsin!

 

 

 

Seçilən
174
42
qaziler.az

10Mənbələr