AZ

Qonşumuz qardaşımıza qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur.

QOL.az xəbər verir ki, bu gün turnirdə 2 oyun təşkil ediləcək. Hər iki matç F qrupunda keçiriləcək. İlk görüş qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstanın arasında olacaq. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxacaqlar. Dortmunddakı “BVB-Ştadion”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın Çexiyaya qarşı “Leyptsiq Ştadium”da təşkil olunacaq oyunu ilə yekun vurulacaq.

18 iyun

F qrupu

20:00. Türkiyə - Gürcüstan - 0:0 (Birinci hissə)

Baş hakim: Fakundo Telyo (Argentina).

Dortmund, "Siqnal İduna Park" stadionu.

23:00. Portuqaliya - Çexiya

Baş hakim: Marko Quida (İtaliya).

Leyptsiq, "Red Bull Arena".

N Komandalar O Q H M T-F X
1 Çexiya 0 0 0 0 0 0
2 Türkiyə 0 0 0 0 0 0
3 Portuqaliya 0 0 0 0 0 0
4 Gürcüstan 0 0 0 0 0 0
Seçilən
37
10
teleqraf.com

10Mənbələr