AZ

Gülnarə Xəlilovanın “Kolaj” kolleksiyası Qazaxıstanda uğurla təqdim olunub

Bakı, 24 oktyabr, AZƏRTAC

Dizayner Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası Qazaxıstanın Aktau şəhərində “Tengrii Fashion Week Kazakhstan” çərçivəsində uğurla təqdim olunub.

AZƏRTAC xəbər verir ki, axşam libasları və klassik geyimlərin defilesi böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Tengrii Fashion Week Kazakhstan” ənənəvi olaraq Qazaxıstanda Yerlan Yerubayevin PR agentliyi tərəfindən təşkil olunur. Əsas məqsəd Türk dünyası dizaynerlərinin əsərlərini nümayiş etdirmək, ümumi mədəni dəyərlər əsasında birləşmək, türkdilli ölkələr arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirməkdir.

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Seçilən
249
7
azertag.az

9Mənbələr