AZ

FHN və ETSN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

FHN

Bakı, 21 iyun, AZƏRTAC

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Həmçinin riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini bir daha xatırladıb.

“İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmayın, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.

Güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir və vətəndaşları bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq”, - deyə məlumatda qeyd olunub.

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

 

Seçilən
68
49
azertag.az

10Mənbələr