Tacikistanda hicaba qadağa qoyulub.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qanunu ölkənin Prezidenti Emoməli Rəhmon imzalayıb.
Bildirilir ki, qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır. Hicab qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 20-də Tacikistan parlamentinin yuxarı palatası "Ənənələrin və ritualların nizama salınması haqqında" qanuna düzəlişlər qəbul edib. İndi ölkədə "milli mədəniyyətə yad olan geyimlərin idxalı, satışı və ictimai yerlərdə geyinilməsi" qadağandır.
Qeyd olunur ki, bu cür aksiyalar milli dəyərlərin qorunmasına və ekstremizmin qarşısının alınmasına yönəlib.
7News.Az