AZ

DünyaTürkiyəli nazir buna görə Teomana təşəkkür etdi - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Məşhur müğənni Teoman vəsiyyətnaməsini açıqlayıb. 

Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi mirasının dörddə birini uşaqların maddi rifahı və müdafiəsi üçün bağışlayıb.

Bununla bağlı Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş Teoman təşəkkür edib. O sosial şəbəkəkə hesabında paylaşım edib:

"Sənət dünyamızın dəyərli siması Teomanın dövlət himayədarlığı altında olan övladlarımıza mirasının bir hissəsini bağışlayacağını bildirməsi məni çox sevindirdi. Təşkilatımızın, əzizlərimizin övladlarımıza daha yaxşı gələcək təmin etmək üçün atdığı addıma görə Teomana böyük minnətdarlığımı bildirirəm. Nümunə olacaq bu dəyərli qərarı qəbul etdiyi üçün ona təşəkkür edirəm".

Teomanın var-dövlətinin digər dörddə üçü isə qızı Zeynoya qalacaq. Zeyno ifaçının Ayşe Kaya ilə evliliyindən dünyaya gəlib. Hazırda onun 10 yaşpı var. 

Far.Az QALEREYA

Seçilən
109
1
far.az

2Mənbələr