AZ

"Sabah" klubu sabiq futbolçusunu qaytarıb

"Sabah" klubu sabiq futbolçusu Coy-Lens Mikelsi qaytarıb.

Almaniyalı vingerlə "1+1" illik müqavilə bağlanıb.

Mikels 2021-2023-cü illərdə “Sabah”ın uğurları üçün çalışıb. O, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilib. Futbolçu Bakı klubuna azad agent kimi qoşulub.

Qeyd edək ki, Coy-Lens Mikels Bakı klubunun heyətində ən çox qol (69 oyun, 33 qol) vuran futbolçudur.

Seçilən
85
6
cbcsport.az

10Mənbələr