Bu gün Avropa çempionatının D və C qruplarında mübarizəyə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, günün ilk oyunları Bakı vaxtilə 20:00-da D qrupunda baş tutacaq.
Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisinin 1/8 finala qalması üçün bərabərlik kifayət edəcək.
25 iyun
AVRO-2024
D qrupu, III tur
20:00. Niderland - Avstriya 2:3
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa - Polşa 1:1
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".