Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.
Bu görüş Hamburq şəhərində keçiriləcək. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir.
Qrupun digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Qarşılşama Helzenkirhen şəhərində reallaşacaq. Lider Portuqaliya millisinin 6, Gürcüstanın isə 1 xalı var.
F qrupunda hər iki oyun 23:00-da start götürəcək.
F qrupu
23:00. Çexiya - Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".
23:00. Gürcüstan - Portuqaliya
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, "Feltins Arena".