AZ

Şəbnəm Tovuzlu və Vəfanın konsertinə niyə icazə verilmədi?

Prodüser Tarix Əliyev müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilmədiyini açıqlayıb.

Məsələ ilə bağlı Heydər Əliyev Sarayından Teleqraf.com-a bildirilib ki, bununla bağlı şərh bildirmək istəmirlər. Təşkilatçı ilə əlaqə saxlamaq məsləhət görülüb.

Qeyd edək ki, Tarix Əliyev “Xəbərin var?” verilişində bu sözləri deyib: “Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, konsertin təşkilatçısı sən olasan. Sarayın rəhbəri İlham Qasımov ilə danışdım. Mənə dedi ki, burada qadağa deyilən bir şey yoxdur, amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək, bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 ədəd öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib”.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
181
43
teleqraf.com

10Mənbələr