Metronun "Sahil" stansiyasının qarşısındakı səkilər genişləndirildi
Bülbül prospektində (Metronun "Sahil" stansiyasının giriş hissəsinin yaxınlığında) piyadaların intensiv hərəkət etdiyi səki genişləndirilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məqsəd piyada təhlükəsizliyi və rahatlığının artırılmasıdır.