“Sumqayıt” heyətini Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxovla gücləndirib.
“Zirə” ilə müqaviləsi bitən yarımmüdafiəçi “Gənclik şəhəri” təmsilçisinə qayıdıb.
Sadıxovla 2+1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu 2019-2022-ci illərdə də bu klubun şərəfini qoruyub. Rəhim həmin vaxt 66 matçda 16 qolla yadda qalıb.