AZ

Balqabaq tumları ilə qurdları tökməyin 5 qaydası

İnsan yaranandan qurdlar, parazitlər də onun orqanizmində özünə yer tapıb və onunla birgə yaşayıb. Elə parazitlər, bakteriyalar var ki, onlarım mövcudluğu hətta xeyirlidir. Elələri də var ki, orqanizmin ehtiyatını tükədir, müxtəlif xəstəliklərə səbəb olur.
Əgər insanın immuniteti zəifdirsə, parazitlər üçün çoxalmaq asanlaşır və onlar bütün bədənə hücum çəkir. 
Milli.Az medicina.az-a istinadən insanda qurd və parazitlərin çox və aktiv olmasının əlamətlərini təqdim edir.
-Qəbizlik və ya ishal-Həddən artıq çox köp, qaz-Qıcıqlanmış bağırsaq-Həzmin pozulması-Səbəbsiz həyəcan, yuxusuzluq-Dişlərin qıcılması-Əzələ və oynaqlarda səbəbsiz ağrı, sancı-Çox yedikdən sonra belə aclıq hissi-Yorğunluq, əhvalın olmaması-Dəridə səpki, qızartı, rənginin dəyişməsi
Təbii ki, parazitlərin təyini üçün müxtəlif analizlər var. Qurdları tökmək üçün qədimdən balqabaq tumu barədə çox danışılır.Həqiqətən balqabaq tumları tərkibinə görə qurd tökür.
Amma ondan düzgün istifadə etmək lazımdır. Balqabaq tumları ilə parazitləri təmizləməyin bir neçə metodu var:
1.3 qaşıq üyüdülmüş balqabaq tumun üzərinə 1 xörək qaşığı təmiz bal töküb qarışdırır, bu qarışımı yeyirsiz. 2 saat sonra qarın işlədici tablet atılır. Bundan 45 dəq sonra imalə edilir. Bu üsul həftədə 1 dəfə edilir. 3 dəfə etmək yetərlidir. 2. Üyüdülmüş toz balqabaq tumunu səhər acqarına 1 çay qaşığı miqdarında yeyib, isti süd içmək olar.

3. 100 qr xırdalanmış tum 1 xörək qaşığı şəkər tozu ilə qarışdırılır. Bu qarışım hər səhər acqarına 2 xörək qaşığı qəbul olunur. Üzərindən dərhal 1 qaşıq gənəgərçək yağı için. 

4.100 qr üyüdülmüş balqabaq tumuna 50 qr kakao qatıb, bir az su ilə ondan yastı lavaş kimi düzəldin. 

Bu miqdardan 20 ədəd belə kiçik hissə çıxır. Bunları qəbul edəcəyiniz gün heç nə yemirsiz.  Səhərdən başlayaraq, hər 15 dəqiqədən bir birini yeyin. Orqanizm həmin gün təmizlənəcək.

5.Üyüdülmüş balqabaq tumunu bir stəkan qatığa qatıb yemək də olar

Qeyd: balqabaq tumu 3 yaşından sonra uşaqlara verilə bilər. 

Milli.Az

Seçilən
75
kanal.az

1Mənbələr