Həyatımızda yalnız bir dövr var: burada və indi. Özünüz və başqaları ilə harmoniyada yaşamaq istəyirsinizsə, bunun fərqinə varmaq vacibdir. "İşdə və evdə stress daim bizi izləyir, bu qaydaya əməl etmək çox çətindir" deyə düşünə bilərsiniz. Ancaq bir həll yolu var: əgər hər gün diqqətli olsaq, əmin-amanlıq və harmoniyanın açarının qəlbimizdə olduğunu görəcəyik.
Milli.Az bu yazıda oxucuları dzen fəlsəfəsinin 10 qaydası ilə tanış edir. Onlar olduqca sadə və təsirlidir.
1. Mühakimə etməyin
"Həmişə demişəm ki, ağlı başında olmaq üçün bir yol var. Bu keçmişdə yol verilən dəlilikdən qurtulmağa kömək edəcək. Bunun üçün ağlınızdan keçən fikirlərlə sadəcə şüurlu şəkildə əlaqə qurmaq lazımdır. Səssiz bir yerdə oturun və qarşınızdan işıq sürəti ilə uçan düşüncələrə baxın. Sakitcə kənardan bunu müşahidə edin. Onları təhlil və mühakimə etməyin. Çünki bunu etməyə başlayan kimi dərhal kənar şahid olmaq imkanını itirirsiniz " - Oşo
Bu qayda yalnız digər insanlara şamil edilmir, ilk növbədə özünüzə aiddir. Bütün səhvlərinizə və uğursuzluqlarınıza görə özünüzü məzəmmət etməyin. Nəticə etibarı ilə kim səhvsizdir ki? Əksinə, səhvlərdən nəticə çıxarın və qürur duyun. Tez-tez özünüzə xatırladın ki, yanlış yollar yoxdur, bunlar hər birimiz üçün çox fərqlidir.
2. Hisslərinizə hörmət edin
"Kədər dərinlik gətirir. Xoşbəxtlik yüksəklik. Kədər geriləmədir. Xoşbəxtlik inkişaf. Xoşbəxtlik səmaya doğru boy atan bir ağac kimidir, kədər isə torpağın dərinliklərinə enən köklər kimidir. Həm bu, həm də digəri lazımdır. Ağac nə qədər ucalırsa, kökləri bir o qədər dərinə enir. Ağac nə qədər enli olarsa, kökləri bir o qədər çox olar. Faktiki olaraq bu, həmişə mütənasibdir. Bu, bir tarazlıqdır" - Oşo
Hisslərinizdən və duyğularınızdan qaçıb gizlənəndə, hər şey daha da pisləşir. Daha da narahat olursunuz, bu da bir növ pis dairə deməkdir. Sakitləşin və mənfi duyğulara səbəb olanları düşün. Hisslərin şüurlu analizi (kədərlənmək və ya kədərlənməyə haqqınız var!) pis düşüncələrdən tədricən xilas olmağınıza kömək edəcək. Odur ki, hisslərin fərqinə varmaqdan və onları qəbul etməkdən çəkinməyin.
3. Düzgün nəfəsin vacibliyi
"Hisslər gəlir və küləkli havada göydəki buludlar kimi uçub gedir. Düzgün nəfəs texnikası bu dünyada bizim lövbərimizdir " - Tit Nat xan
Nəfəs həyatımızın özüdür, onun ağıl və bədən üzərinə necə təsir etdiyini təsəvvür edə bilməzsiniz. Hər gün düzgün nəfəs almağa vərdiş edin: hər şeyi bir kənara qoyun, istirahət edin və düzgün nəfəs alın.
4. Hər gün özünüzə vaxt ayırın
"Tək qalmaq və özümüz haqqında düşünmək, təşəkkür etmək və sevgi yaymaq üçün hamımıza istirahət lazımdır" - Robert Tyu
Qəza vəziyyətində olan təyyarədə davranış qaydalarını xatırlayın: qəza vəziyyətində əvvəlcə özünüzə, sonra da uşağınıza oksigen maskasını geyindirməlisiniz. İzahat çox sadədir: ilk növbədə özünüzə qayğı göstərməsəniz, o zaman başqasına kömək edə bilməzsiniz. Bunu dərk edən insan özünə biganə yanaşmır və müəyyən qədər özünə vaxt ayırırır.
5. Kiçik şeylərdən həzz almağı öyrənin
"Çayınızı yavaş-yavaş və qurtum-qurtum için, sanki bu oxdur, hansında ki, Yer kürəsi fırlanır - tələsmədən, bərabər və gələcəyi tələsdirmədən" - Tit Nat xan
Şüurlu şəkildə yaşamaq - ətrafınızdakı hər şeyi dəyərləndirmək və həzz almaq deməkdir. Bir fincan qəhvə için, həm dadından, həm də qoxusundan zövq almağa çalışın. Sakit bir yay axşamı gəzintisindən, yaxud da qaçış zamanı cəh-cəh vuran quşların səsindən ilham alın, təbiəti hiss edin. Zövq alın, dünya gözəldir!
6. Həyat eşqinin sönməsinə icazə verməyin
"Ehtiras enerjidir. Sizi həyəcanlandıran məqamlara diqqət yetirdikdə, sizə gələn gücü hiss edin" - Opra Uinfri
Ehtirasla yaşayın, sevdiyiniz işi həvəslə yerinə yetirin, onda hər bir işiniz öz qaydasına düşəcək. Gün ərzində emosiyaları aydın dərk edin, hər vəziyyətdə müsbət axtarın. İnanın ki, o həmişə var!
7. Yad insanlara gülümsəyin
"Dünya təbəssümdən başlayır" - Tereza ana
Təbəssüm və xeyirxahlıq dünyada ən güclü silahdır. Onlar ən pis günü dəyişə bilər. Tənbəllik etməyin, öz rahatlıq zonasından çıxın və bu dünyaya sevinc bəxş edin.
8. Qacetlərdən ayrılın və real həyata qayıdın
"Qacetlərdən həddən artıq istifadə etdikdə özünüzlə əlaqəni və hər anın dəyərli hissini itirirsiniz" - L.M. Brauninq
Bu gün cəmiyyətimizi telefon və planşetlər olmadan təsəvvür etmək mümkün deyil. Getdikcə bir-birimizdən uzaqlaşırıq. Biz uydurma bir gerçəklikdə yaşayırıq. Odur ki, qacetlərin "qara dəliyi"ndən çıxın və sevdiyiniz insanlarla vaxt keçirin.
9. Meditasiya edin
"Meditasiya həyatın həqiqi mənası sizə açan bir axtarışdır" - Alan Uotts.
Şüurlu meditasiya - çirkli düşüncələrin rədd edilməsidir. Diqqət - yalnız nəfəs və təəssüratlara aiddir. Beləliklə, indiki zamana nüfuz edə bilərsiniz, bu isə sahib olduğumuz əsas dəyərdir.
10. Bu qaydanı rəhbər tutun: Bir işi vahid zamana sığdırın
"Həyatda elə yeriyin ki, sanki dabanlarınız dünyanı öpür" - Tit Nat xan
Çoxyönlülük və çoxfunksiyalılıq müasir cəmiyyətdə bir tendensiyadır. Ancaq dərk edilmiş həyata ziddir və buna görə də bizi bədbəxt edir. Gün ərzində görülən işlər siyahısını nəzərdən keçirin ki, üst-üstə düşməsin.
Həyatı dərk etmək olduqca sadədir, lakin bunu çox az adam öz həyat təcrübəsində tətbiq edir. Odur ki, dzen fəlsəfəsinin 10 gündəlik qaydasından nümunə götürməyə dəyər. Bu qaydalar burada və indi yaşamağa, keçmişdə yaşananlara peşmançılıq duymamağa və gələcək haqqında narahatçılıq keçirməməyə kömək edəcək. Və bu, xoşbəxt olmaq deməkdir! (publika.az)
Milli.Az