41 yaşlı referi Denni Makkeli Avro-2024-ün qrup mərhələsindən sonra turnirdən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə AD məlumat yayıb.
Makkeli 2024-cü il Avropa çempionatının qrup mərhələsinin iki oyununda çalışıb: Almaniya – Macarıstan (2:0) və İtaliya – Xorvatiya (1:1).
İtaliya və Xorvatiya arasında keçirilən 3-cü tur matçında Makkelinin oyunun əsas vaxtına səkkiz dəqiqə əlavə etməsi suallar yaradıb.