Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.
"Report" xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen yekun nəticəni müəyyənləşdirib.
1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.
21:43
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, "narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.
83-cü dəqiqədə Doniell Malen fərqlənib.
21:06
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, hazırda "narıncılar" 1:0 hesabı ilə öndədirlər.
20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.
20:49
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, "narıncılar" fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.
20-ci dəqiqədə Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.
20:21
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, "narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.
Qodi Qakpo dəqiq zərbənin müəllifi olub.
20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.
Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.