AZ

Məşhur bağçanın ötən gün saxlanılan direktoru HƏBS EDİLDİ - RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb.

 

Bununla bağlı Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sözügedən MMC direktoru barəsində həbs qətimkan tədbiri seçilib.

 

““Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

 

Məlumata görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 

 

Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.

 

Günay 

Seçilən
221
49
kanal.az

10Mənbələr