AZ

Merihin "bozqurd"u erməniləri əl-ayağa saldı: UEFA-dan görün nə tələb edirlər

Türkiyə killi komandasının futbolçusu Merih Demiralın Avro-2024-də, Avstriya ilə 1/8 final matçında (2:1) vurduğu qola "bozqurd" işarəsi ilə sevinməsi qalmaqala çevrilib.

Publika.az xəbər verir ki, UEFA müdafiəçinin qol sevinci ilə bağlı iş açması bəzi qüvvələri sevindirib. Onlar arasında ABŞ-da məskunlaşan erməni diasporu da var.

Amerika Erməni Milli Komitəsi (ANCA) "bozqurd" işarəsinin zorakılıq simvolu olduğunu iddia edib və Merihin bütün beynəlxalq matçlardan ömürlük kənarlaşdırılmasını tələb edib.

Erməni diasporu ANCA-nın rəsmi X hesabında edilən paylaşımda “Türkiyəli müdafiəçi Merih Demiral Avropa Çempionatında Avstriyaya vurduğu qolu faşist "bozqurd" salamı ilə qeyd edir. Bu, xristianlara və kürdlərə qarşı zəhərli nifrət və soyqırım zorakılığının irqçi jestidir. Demirala qırmızı vərəqə və bütün beynəlxalq oyunlarda ömürlük cəza verilməlidir”, - deyə iddia edilir.

Seçilən
129
50
publika.az

10Mənbələr