Azərbaycan millisinin qılıncoynadanı Anna Başta dünya reytinqində 33-cü sıradadır.
Baştanın aktivində 48,000 xal var. O, cari mövsümdə beynəlxalq arenada medal hesabını hələ açmayıb. Annanın son yarışı Lüksemburqda keçirilən Avropa lisenziya turniri olub. Anna yarışda zədələnərək 5-ci yeri tutub. Hazırda bərpa prosesi keçən qılıncoynadan ikinci Olimpiadasına hazırlaşır.
Qeyd edək ki, reytinq cədvəlinə yaponiyalı Misaki Emura başçılıq edir. Fransalı Sara Balzer ikinci, yunanıstanlı Teodora Qkountura isə üçüncüdür.