AZ

Bu generallar vəzifədən azad edildi — Sərəncam

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.



İctimaimedia.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.



Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.



Məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.



Qeyd edək ki, “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə general-leytenant rütbəsi verilmişdi.Trend

Seçilən
170
9
ictimaimedia.az

10Mənbələr