AZ

Ölkədə çevrilişə cəhd: qrup üzvləri saxlanıldı

Qırğızıstanda ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyə hazırlaşan qrup zərərsizləşdirilib.

Medianews.az xəbər verir ki, respublikanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Cinayətkarların dinc əhalinin ölümü ilə nəticələnəcək kütləvi iğtişaşlar təşkil etməyi planlaşdırdığı qeyd edilir.
“Vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə hakimiyyəti zorakılıqla ələ keçirmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq planlarını həyata keçirən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb” , – deyə Milli Təhlükəsizlik Dövlət Komitəsi bildirib.

Məlumata görə, 5 nəfər saxlanılıb; qrup “cinayətkarlıq ideologiyasını dəstəkləyən” və “dini ideologiyanı fanatik şəkildə bəyan edən” şəxslərdən yaradılıb. Şübhəlilərdən partlayıcı qurğular üçün komponentlər, silahlar, döyüş sursatı, telsizlər, zirehlər və pilotsuz uçuş aparatları götürülüb.

Ayşən

Seçilən
90
medianews.az

1Mənbələr