AZ

Braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt” heyətini gücləndirib.

Teleqraf.com xəbər verir ki, komanda braziliyalı Fernando Medeirosun keçidini rəsmiləşdirib.

28 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb. Fernando son mövsümü “Eqnatiya”da (Albaniya) keçirib. O, "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.


Müəllif: Teleqraf.com
Seçilən
94
9
teleqraf.com

10Mənbələr