AZ

Niderlandın baş naziri NATO-ya rəhbərlik etmək istəyir

Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaqda maraqlıdır. Lakin o, bu vəzifəni tutmaq şansını yüksək hesab etmir.

Nazir bu barədə ölkəsinin “Den Haag FM” radiosuna müsahibəsində bildirib.

“Belə bir vəzifə maraqlı olardı, çünki o, bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə vermək imkanı təqdim edəcək”, - Rutte bildirib.

Onun sözlərinə görə, alyansın yeni baş katibinin qadın olması ehtimalı yüksəkdir.

Seçilən
601
13
oxu.az

10Mənbələr