AZ

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Korrespondent.az bildirir ki, Münhendəki "Alyans Arena"da İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

İspanlar 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda sabah Niderland və İngiltərə yığmaları qarşılaşacaqlar.

Seçilən
77
24
korrespondent.az

10Mənbələr