AZ

"Qarabağ"ın Bakıdakı oyununun hakimləri açıqlanıb

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyununa təyinatlar açıqlanıb.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb

Matçın baş hakimi Viktor Kopiyevski olacaq. Ona həmyerliləri Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək.

Seçilən
103
22
bakivaxti.az

10Mənbələr