Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobilin həyətyanı sahənin divarına çırpılması nəticəsində sürücü, 1985-ci il təvəllüdlü Hüseynov Həsən Hüseyn oğlu dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.