AZ

Rusiya səfiri İsrail XİN-ə çağırıldı: Kremlə xəbərdarlıq...

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail XİN-in məlumatında deyilir.

Bildirilib ki, HƏMAS nümayəndə heyətinin Moskvaya səfərindən dolayı Rusiya səfirinə etiraz edilib:

“Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov HƏMAS nümayəndə heyətinin Moskvaya səfərinə etiraz məqsədilə İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. İsrailin Moskvanın HƏMAS terror təşkilatının hərəkətlərini pisləməməsinin, habelə Rusiyanın beynəlxalq təşkilatlardakı hərəkətlərinin ciddi şəkildə nəzərdən keçirildiyi bildirilib”.
Seçilən
493
3
bakuinform.agency

10Mənbələr