AZ

"Sabah" növbəti transferini açıqladı

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, slovakiyalı hücumçu Pavol Şafranko ilə 2 illik müqavilə bağlanıb. 

29 yaşlı futbolçu karyerası ərzində Slovakiyanın "Tatran" (2013-2016), "Podbrezova" (2016), "DAC 1904" (2017-2018), Danimarkanın "Olborq" (2019), Şotlandiyanın "Dandi Yunayted" (2018/2019), Rumıniyanın "Şepşi" (2019-2021, 2022-2024) və CAR-ın "Sandauns" (2021-2022) klublarında oynayıb.

Qeyd edək ki, "Sabah" bundan əvvəl Kahim Parris, Coy-Lens Mikels, İvan Lepinitsa, Neqoş Kupusoviçi transfer edib.






















Bizi İnstagramda izləyin

Seçilən
74
13
525.az

10Mənbələr