AZ

AÇ-2024: Bu gün ikinci finalçı məlum olacaq

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.



Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə milliləri üz-üzə gələcək.



İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.



Oyun saat 23:00-da Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda start götürəcək.



Yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.



AÇ-2024, yarımfinal



10 iyul



23:00. Niderland – İngiltərəBaş hakim: Feliks Şvayer (Almaniya)Dortmund, “Siqnal İduna Park”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAÇ-2024 İngiltərə milli komandası

Seçilən
43
1
komanda.az

10Mənbələr