Saat 10:00-a olan məlumata görə gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Gədəbəydə 5 mm, Naxçıvan, Şamaxı, Şəmkir, Qusar, Sabirabadda 1 mm-dək olub.
Şərq küləyi iyulun 9-da sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s-dək güclənib.