AZ

Braziliyalı futbolçu yenidən Azərbaycanda oynayacaq

Bakı. Trend:

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bugün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətinə yeni futbolçuqatıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, klubun növbəti transferi FelipeSantosdur.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumdaqoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər ikicinahında oynamağı bacaran Felipenin son klubu İsrail “HapoelHayfa”sı olub. Karyerasına vətənində başlayan futbolçu“Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə əvvəlcəDloveniyuanın “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb.Sonra Azərbaycana gələn braziliyalı “Şamaxı”nın formasını geyinib.O, “Qəbələ”nin də qələbələri üçün çalışıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə TərlanƏhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli,Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinəqatıb. Klub Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqorRibeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, TuqayƏlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə isə müqaviləniyeniləyib.

Seçilən
51
13
az.trend.az

10Mənbələr