AZ

Paytaxtın Afiyəddin Cəlilov küçəsində təmir işləri yekunlaşıb VİDEO

Bakı, 10 iyul, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılan təmir işləri artıq yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, texnoloji ardıcıllığa uyğun olaraq həmin hissə üzrə frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq, küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də yerinə yetirilib.

Yolda üfüqi nişanlanma xətləri, piyada zolaqları çəkilib, parkinq yerləri yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
25
azertag.az

10Mənbələr