AZ

Avtobuslarda yeni qurğular - 100 AZN cərimələnəcəksiniz

Bakıda sərnişin avtobuslarına xüsusi radar cihazları quraşdırılıb. SİA xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, bu kameralar avtobus dayanacaqlarına girən, zolaqları ilə hərəkət edən sürücüləri müəyyən məsafədən çəkib yol polisinə göndərəcək.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi avtobus zolaqlarına girən sürücülərə müraciət ünvanlamışdı.

Qeyd olunmuşdu ki, avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək.

"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq.

Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır.

Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir".

Bu yaxınlarda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, bu cərimə 40 manat idi.

Xatırladaq ki, bu xəta 2 balla qiymətləndirilir. Eyni zamanda layihəyə əsasən, bu xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılacaq.

Seçilən
165
50
sia.az

10Mənbələr