AZ

Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan Doğru.az-a bildirilib ki, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

DOĞRU.AZ

Seçilən
138
49
dogru.az

10Mənbələr