AZ

Paris-2024: Mariya Stadnikin rəqibləri məlum olub.

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın güləşçilərin siyahısı açıqlanıb. 96 pəhləvan 6 çəkidə qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycanı bu növdə 50 kq-da 4 qat Olimpiya mükafatçısı Mariya Stadnik təmsil edəcək. Qadın güləşi üzrə yarışlar avqustun 5-dən 11-ə kimi keçiriləcək. Yığmamızın lideri xalçaya ayın 6-da çıxacaq. Onun çəkisində mükafatçılar isə ertəsi gün bəlli olacaq.

Qadın güləşi

50 kq

Mariya Stadnik (Azərbaycan);

İbtissem Dudu (Əlcəzair);

Ziki Feng (Çin);

Alisson Kardozo Rey (Çin);

Yusneylis Qusman Lopes (Kuba);

Nada Mohamed (Misir);

Anastasiya Blayvas (Almaniya);

Vineş (Hindistan);

Yui Susaki (Yaponiya);

Qabidja Dilayt (Litva);

Otqonjarqal Dolqopdjan (Monqolustan);

Son Xyan Kim (Şimali Koreya);

Evin Demirhan (Türkiyə);

Oksana Livax (Ukrayna);

Sara Hildebrand (ABŞ);

Aktenqe Keunimdjaeva (Özbəkistan).

Seçilən
80
2
cbcsport.az

3Mənbələr