AZ

Kərəm Mustafayevin adı silindi

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.

Hazırda nazirliyin saytında Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı bölməsində heç bir məlumat yoxdur.

Kərəm Mustafayev 1983-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri və tabor komandiri vəzifələrində xidmət edib.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə gücləndirilmiş motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrində xidmət edib.14 may 2014-cü il ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.


Telegram kanalımız
Seçilən
77
7
yenisabah.az

4Mənbələr