AZ

Hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb - Faktiki hava

Hava

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-i saat 10:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, yağıntının miqdarı Gədəbəydə 3 millimetr, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 millimetrədək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 metr/saniyə, Naxçıvanda isə 16 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan Muxtar Respublikasında 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

 

Seçilən
106
49
azertag.az

10Mənbələr